Dil Faylları Haqqında

Hörmətli WordPress İstifadəçiləri!

Artıq xeyli müddətdir ki, WordPress-də tərcümə faylları ilə əlaqədar çox faydalı bir yenilik mövcuddur. Belə ki, mövzu və qoşmaların tərcümə edilmiş faylları birbaşa hər lokalizasiyanın öz səhifəsində mövcuddur. Yəni https://az.wordpress.org/themes/ və ya https://az.wordpress.org/plugins/  səhifələrindən qoşma və ya mövzu endirməklə bərabər onlara aid olan tərcümə fayllarını da endirə bilərsiniz. Bir çox tərcümə faylları onlara aid paketlərə inteqrasiya edilmişdir. İnteqrasiya edilməmiş tərcümə fayllarını da onlara aid tərcümə bölməsindən endirib qurduğunuz qoşmanın və ya mövzunun dil qovluğuna əlavə edə bilərsiniz. Bir çox faylların əvvəlində (məs: wp-plugins-contact-form-7-dev-az faylındakı wp-plugins-dev- əlavəsi kimi) mövcud olan əlavələr dil faylının işləməməsinə səbəb olur. Bunun üçün də faylı redaktə etmək lazımdır. Yəni wp-plugins-contact-form-7-dev-az faylını bu cür redaktə etmək lazımdır: contact-form-7-az. Bəzilərində isə tire işarəsinə qədər olanları silərək sadəcə az olan hissəni saxlamaq lazım gəlir. Bu eyni ilə mövzulara da aiddir. Bir çox mövzu və qoşma yüz faiz, bir qismi isə müəyyən miqdarda tərcümə edilmişdir və tərcümələri davam etdirilir. Beləliklə, https://az.wordpress.org-dan qoşma və mövzu endirə və dil fayllarını da endirə bilərsiniz. Əlavə hər hansı bir problemlə qarşılaşsanız, bizə bildirin yardımçı olaq.

WordPress 4.4 versiyası yaxında!

WordPress 4.4 versiyası dekabr ayının 8-də istitifadənizə təqdim ediləcək. Bir çox yenilikləri özündə ehtiva edən bu versiya, həm də əvvəlki versiyalarda olan təhlükəsizlik xətalarından da təmizlənmişdir. Hələlik isə 4.4-RC1-35750 Beta Test versiyasını test edə bilərsiniz. Bundan başqa https://az.wordpress.org saytında Azərbaycan türkcəsinə tərcümə edilmiş mövzular və qoşmalar da mövcuddur ki, onlardan da faydalana bilərsiniz. Hər kəsə öncədən uğurlar!

WordPress- Azərbaycan

WordPress-i Azərbaycan türkcəsində istifadə edən bütün həmvətənlərimizə müraciət edirik – əgər bu platformadan xoşunuz gəlirsə və ondan öz dilimizdə 100% tərcümə olunmuş formada istifadə etmək istəyirsinizsə, bizə qoşulun. Bizlərə qoşulun ki, sizin də yardımlarınız sayəsində mükəmməl bir beynəlxalq komanda yaradaq. Fikirlərimizi sosial şəbəkələrdə paylaşmaqdansa, birbaşa WordPress-in özündə öz türkcəmizdə forumumuzu yaradaq. Çünki tərcümə edilməmiş çox bölmələr var və bu bir-iki nəfərin öhdəsindən gələ biləcək bir iş deyil. Maraqlanmaq istəsəniz, buyurub bu bağlantını https://translate.wordpress.org/projects ziyarət edə bilərsiniz. Əvvəlcədən hər kəsə öz təşəkkürümüzü bildiririk.

WordPress 3.9 istifadənizə təqdim edilir

WordPress 3.9 versiyası, ənənəyə sadiq qalınaraq məşhur caz orqanisti Jimmi Smitin şərəfinə adlandırılmışdır. Yeni versiyada bir çox təhlükəsizlik problemləri həll edilməklə yanaşı, bir çox yenilikləri də özü ilə bərabər gətirmişdir. Vizual redaktor artıq mobil dəstəklidir, bundan başqa əvvəlki versiyaya nisbətən daha sürətlidir. Təsvirlərin redaktə edilməsi, vidcetlərin idarə edilməsi, mövzuların sadələşdirilmiş axtarışı və bir çox yeniliklər sizlərə təqdim edilir. az.WordPress.org olaraq, yeni versiyanı bəyənəcəyinizi ümid edirik.

WordPress 3.8.1 versiyası artıq hazırdır

WordPress 3.8 altı həftədən və 9,3 milyon dəfə endirmədən sonra WordPress 3.8.1 versiyasını Sizlərin istifadəsinə təqdim edir. 3.8 versiyasında 31 ədəd xəta tapıldı və 3.8.1 versiyasında bu xətalar aradan qaldırıldı. Bundan başqa alət lövhəsi və nəzarətçi ekran mövzusu yenidən dizayn edildi. WP_Query taksonomiya istəkləri ilə əlaqəli problemlər də həll edilmişdir.

WordPress 3.8 “Parker” təqdim edildi


WordPress 3.8 “Parker” məşhur caz musiqiçisi Çarli Parkerin şərəfinə adlandırılmışdır. Bu versiya əvvəlki versiyalardan tamamilə fərqlənən yeni bir İdarəetmə lövhəsinə sahibdir. Ümid edirik ki WordPress 3.8 “Parker” xoşunuza gələcək.

Modern estetika
Yeni WordPress başlanğıc ekranı təzə, səliqəli dizaynı ilə sadəliyə və asanlığa qucaq açır.

Təmiz tipoqrafiya
Open Sans yazı formatı sadə, dostcanlı bir mətn təkmilləşməsi ilə həm masaüstü, həm də mobil görünüş üçün idealdır. Həm də WordPress kimi açıq mənbə kodludur.

Artırılmış kəskinlik
Gözəl bir dizaynın oxuna bilmə qabiliyyətinin pozulmasını istəmirik. Qabaqcıl kəskinlik və böyük, rahat forması ilə yeni dizayn oxunması asan, naviqasiyası mükəmməl bir hala gəldi.

Yüksək sürətlərdə yüksək görünüş
Yeni vektor əsaslı ikonlar ilə WordPress heç olmadığı qədər kəskindir. Piksellərdən qurtularaq səhifə yükləmə sürətini böyük ölçüdə artırdıq.

Bir rəng seçin

Favoritlərinizi seçmək üçün səkkiz ədəd yeni rəng paleti əlavə etdik.

Həssaslaşdırılmış mövzu idarəetməsi

Yeni Mövzular ekranı bütün mövzularınıza bir baxışda nəzər salmağınıza imkan yaradır. Daha çox məlumatamı ehtiyacınız var – Kəşf et bağlantısına tıklayın.

Daha qabaqcıl vidcet bacarığı

Sürüşdür…sürüşdür…sürüşdür. Vidcet meneceri yeri gəldiyində çox qarmaqarışıq ola bilir. Yeni dizayn ilə vidcetlər ekranını daha yaxşı bir vəziyyətə gətirdik.

Böyük bir monitorunuzmu var? Mövcud olan sahədən istifadə etmək üçün vidcet sahələrini yan-yana sıralayın. Tabletdənmi istifadə edirsiniz? Bir vidcetə tıklayın və həmən əlavə edilsin.

İyirmi Ondörd – yeni bir jurnal mövzusu

Bloqunuzu bir jurnala çevirin

WordPress və İyirmi On dörd ilə xariquladə jurnal stilli bir sayt yaradın. Bir slayder tərtib edərək əsas səhifənizdə mühtəviyyatı slaydşou formasında göstərə bilərsiniz. Üç vidcet sahəsi ya da iki səhifə şablonu ilə saytınızı istədiyiniz kimi özəlləşdirin.

Alışılmış sadəliyi itirmədən təsiredicibir dizayna sahib olan İyirni Ondörd mövzusu bu vaxta qədərki ən cəsur mövzudur deyə bilərik.